Bakıda yaşayış binasının qarajında maşın yandı
13-02-2023, 10:10
509

Bakıda yaşayış binasının qarajında maşın yandı

Nizami rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbərinə görə, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının mənfi 2-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər