Qanunsuz ov edən şəxs saxlanıldı
14-02-2023, 22:30
8 679

Qanunsuz ov edən şəxs saxlanıldı

Xaçmazda qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Elxan Məmmədov saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı bataqlıq quşları aşkar edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

Oxşar xəbərlər