Yetkinlik yaşına çatmayanlara siqaret satılması aşkar edildi
14-02-2023, 11:32
862

Yetkinlik yaşına çatmayanlara siqaret satılması aşkar edildi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.  
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının fevralın 13-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.   
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.  
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər