Cəlilabadda DƏHŞƏT: yeznə 25 yaşlı qaynının qanını tökdü
16-02-2023, 15:46
1 177

Cəlilabadda DƏHŞƏT: yeznə 25 yaşlı qaynının qanını tökdü

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
Hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Rayon sakini, 1984-cü il təvəllüdlü Samir Əsgərov qayını, 1998-ci il təvəllüdlü Nizami Əliyevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S.Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər