Goranboyda ev yandı
17-02-2023, 10:25
629

Goranboyda ev yandı

Goranboy rayonunun Şadılı kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət (arakəsmə divarları qamışdan və taxta konstruksiyadan ibarət) evin yanar konstruksiyaları yanıb.
Bu barədə FHN-dən bildirilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər