İrandan Şəmkirə narkotik gətirdi
18-02-2023, 20:31
11 755

İrandan Şəmkirə narkotik gətirdi

İrandan Şəmkirə narkotik gətirən narko-kuryer saxlanılıb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Balakən rayon sakini Samir Əlibəyov Şəmkir rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 4 000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan 5 kq 50 qram heroin, 90 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər