Yolu keçən 76 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
21-02-2023, 13:55
928

Yolu keçən 76 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Füzulidə 76 yaşlı kişini avtomobil vurub.
Hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.
Belə ki, Daşqın Vəli oğlu Vəliyevin idarə etdiyi "Vaz 2107" markalı avtomobil yolu keçən 1947-ci il təvəllüdlü Qürbət Bayandur oğlu İbadovu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb. 

Oxşar xəbərlər