Hadisə
22-02-2023, 10:23
701
14 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı
Polis əməkdaşlarının fevralın 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN-dən verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7 kiloqrama yaxın heroin, 4,7 kiloqramdan çox marixuana, 2,2 kiloqram tiryək, həmçinin 4510 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.