Hadisə
27-02-2023, 10:37
365
Polis 12 kiloqramdan çox narkotik vasitə aşkarladı
Polis əməkdaşlarının fevralın 25-də və 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 490 qramdan artıq heroin, 11,3 kiloqramdan çox marixuana, 40 qramdan artıq metamfetamin, həmçinin 328 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.