Nərimanovda 35 yaşlı qadını avtomobil VURDU
27-02-2023, 21:16
8 223

Nərimanovda 35 yaşlı qadını avtomobil VURDU

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Quliyeva Kamilə Kamil qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.

Oxşar xəbərlər