Azərbaycanda məktəbdə meyit tapıldı
2-03-2023, 15:21
6 067

Azərbaycanda məktəbdə meyit tapıldı

Ağstafada orta məktəbdə meyit tapılıb. 
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. Qəsəbə kənd orta məktəbində kişi meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun məktəbin gözətçisi 53 yaşlı Veys Sadıxov olması müəyyən edilib. 
Mühafizəçinin ölüm səbəbi hələlik məlum deyil. 
Faktla bağlı araşdırılma aparılır. 

Oxşar xəbərlər