Şamil Basayev və Xəttabın dəstəsinin keçmiş üzvləri tutuldu
30-11-2020, 11:55
203

Şamil Basayev və Xəttabın dəstəsinin keçmiş üzvləri tutuldu

Çeçenistanda Şamil Basayev və Əmir Xəttabın dəstəsinin keçmiş üzvləri tutulub.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 1999-cu ildə oktyabrın 4-də Çeçenistanın Şolkovskiy rayonunun Çervlennaya stansiyasında Şamil Basayev və Əmir Xəttabın dəstəsinin tərkibində 15 rusiyalı hərbçinin qətlində iştirak edən Aslanbek İdalov və Salambek İdalov saxlanılıblar. APA

Oxşar xəbərlər