Naxçıvanda tələbələr dəm qazından zəhərləniblər
6-03-2023, 10:56
2 143

Naxçıvanda tələbələr dəm qazından zəhərləniblər

Naxçıvan şəhərində tələbələr dəm qazından zəhərləniblər.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri 2001-ci il təvəllüdlü Fərəcova Nəzrin və 2002-ci il təvəllüdlü Quliyeva Fatimə yaşadıqları evdə dəm qazının sızması nəticəsində zəhərləniblər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti kafidir.
Faktla bağla araşdırma aparılır.

Oxşar xəbərlər