Ağstafada su sayğacları oğurlandı
6-03-2023, 11:38
8 250

Ağstafada su sayğacları oğurlandı

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quraşdırılan su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər məhkum olunmuş, Şamil Məhərrəmov vətəndaşlara məxsus 30-a yaxın su sayğacını oğurlayaraq ümumilikdə 1000 manatdan çox maddi ziyan vurub.
Ş. Məhərrəmov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
  • Ağstafada su sayğacları oğurlandı - FOTO

Oxşar xəbərlər