Gəncədə 17 yaşlı qız yenidən axtarılır
11-03-2023, 10:47
497

Gəncədə 17 yaşlı qız yenidən axtarılır

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 9-da şəhər ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızı yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.
Qeyd edək ki, C.Bayramova ötən ilin noyabr ayında da itkin düşmüşdü. Daha sonra o, polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilmişdi.

Oxşar xəbərlər