Qubada narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanıldı
12-03-2023, 15:31
9 374

Qubada narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanıldı

Qubada narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanılıb.
Bu barədə “Report”a  Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Ötən gün Quba rayon sakini Anar İsmiyevin müntəzəm marşrut xətti üzrə idarə etdiyi "Mercedes" markalı 40-BR-314 nömrə nişanlı nəqliyyat vasitəsi Quba rayonu ərazisində DYP əməkdaşları tərəfindən saxlanılıb, bu zaman onun narkotik vasitənin təsiri altında olması aşkar edilib.
Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib.

Oxşar xəbərlər