Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
15-03-2023, 22:27
10 830

Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Sarısu Ovçuluq Təsərrüfatının ərazisində Laçın rayon sakini Rəşad Cavadov ov qaydalarını pozduğuna görə saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Astara, Xaçmaz, Siyəzən rayonları akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sabirabad rayon sakini Zülfüqar Məmmədov, Mingəçevir şəhər sakini Vasiliy Yepifansev, Yevlax rayon sakini Elçin Məmmədov, Şəmkir rayon sakini Vüqar Məmmədov, Bərdə şəhər sakini Taleh Rəhimov, Sumqayıt şəhər sakini Nicat Əlipaşayev, Xaçmaz rayon sakinləri İlqar İsrafilov və Pərviz Əzizov, Siyəzən rayon sakinləri Adgözəl Hümbətov, Möhsüm Ağayev, Ramir Şərifov, Nail Hümmətov, Astara şəhər sakini Bayram Şiriyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1744 metr uzunluğunda 27 ədəd sintetik tor yığışdırılıb.

Oxşar xəbərlər