Tələbə qız özünü xəstəxananın dördüncü mərtəbəsindən ATDI
15-03-2023, 15:10
7 266

Tələbə qız özünü xəstəxananın dördüncü mərtəbəsindən ATDI

Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü dördüncü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.
G.Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.

Oxşar xəbərlər