Həbsdə olan əmisi oğluna toyuğun içində narkotik keçirən şəxs saxlanılıb
17-03-2023, 13:29
865

Həbsdə olan əmisi oğluna toyuğun içində narkotik keçirən şəxs saxlanılıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Penitensiar Xidmətin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin əmisi oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,320 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər