Bakıda rayon sakinini yaralayan moped sürücüsü tutuldu
17-03-2023, 13:42
851

Bakıda rayon sakinini yaralayan moped sürücüsü tutuldu

Bakıda piyadaya xəsarət yetirib qaçan moped sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə martın 13-də Yasamal rayonu M.Seyidov küçəsində baş verib. Moped sürücüsü Göyçay rayon sakini N.Zamanova xəsarət yetirərək qaçıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən moped sürücüsü, Bakı şəhər sakini C.Əsgərli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər