Azərbaycanda yük və minik avtomobili toqquşdu - 5 nəfər yaralandı
17-03-2023, 14:54
954

Azərbaycanda yük və minik avtomobili toqquşdu - 5 nəfər yaralandı

Biləsuvar rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.
Report xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər