Azərbaycanda inkassator maşını ata və azyaşlı qızını vurdu: Ölən var
17-03-2023, 16:07
7 098

Azərbaycanda inkassator maşını ata və azyaşlı qızını vurdu: Ölən var

Sabirabadda avtomobil ata və azyaşlı qızını vurub.
APA xəbərinə görə, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb.
İnkassator avtomobili yolu keçən ata və qızını vurub. Nəticədə kişi hadisə yerində ölüb, azyaşlı qız isə ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər