Siyəzəndə 4 otaqlı ev yandı
17-03-2023, 17:03
6 822

Siyəzəndə 4 otaqlı ev yandı

Siyəzəndə ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbərinə görə, rayonunun Zarat kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örütüyü 100 m² sahədə, 1 otaq və mətbəxinin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər