Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
20-03-2023, 12:19
22 638

Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU

Martın 19-u saat 00:15-də Astara rayonu Artupa kənd sakini 1993-cü il təvəllüdlü Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Astara rayon prokurorluğundan xəbər verilib.
İlkin araşdırma zamanı 1986-cı il təvəllüdlü Şamxal Şahverdiyevin həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam edir.

Oxşar xəbərlər