Hadisə
24-03-2023, 11:17
1 623
Sabirabadda 30 minlik oğurluq edən tutuldu
Sabirabadda oğurluq edən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. M.Səmidov saxlanılaraq Sabirabad rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.