Qubada narkotik satan 2 nəfər saxlanıldı
24-03-2023, 12:01
1 877

Qubada narkotik satan 2 nəfər saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Cavid Qarayev və Həzrət Vahabov saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 1,3 kiloqram narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər