Hadisə
1-12-2020, 16:15
213
Sarkisyanın qardaşı oğlu narkotiklə həbs edildi
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan ona verilən ittiham üzrə özünü təqsirli bilib.
Narek Sarkisyan qanunsuz silah-sursat və narkotik saxlama ittihamı ilə axtarışa verilmişdi. 2018-ci ilin dekabrında İnterpol onu Praqa şəhərində həbs edib. Keçmiş prezidentin qardaşı oğlu Praqada Franklin Qonsales adı altında gizlənirmiş. 2019-cu ildə İrəvana gətirilən Narek Sarkisyan barəsində həbs qərarı çıxarılıb. Bu, Ermənistan ictimaiyyəti tərəfindən mövcud hakimiyyətin Serj Sarkisyana mənfi münasibətinin təzahürü kimi qiymətləndirilib. Bu il noyabrın 13-də isə məhkəmə onu girov müqabilində azad edib.
Sarkisyanın vəkili işə sürətli baxılması barədə vəsatət verib. Vəsatət təmin olunub. Yaxın günlərdə təqsirini etiraf edən Narek Sarkisyan barədə hökm veriləcək.