Bakıda 49 yaşlı kişini döyüb öldürdülər
29-03-2023, 13:37
915

Bakıda 49 yaşlı kişini döyüb öldürdülər

Bakıda qətl törədilib. 
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 49 yaşlı Dəyanət Cəfərovu naməlum şəxs və şəxslər döyüblər.
Nəticədə ağır xəsarətlər alan Dəyanət Cəfərov yaşadığı evdə ölüb. 
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. 

Oxşar xəbərlər