Hadisə
29-03-2023, 15:09
997
Xudatda avtomobil ağaca çırpılıb: Dörd nəfər xəsarət aldı
Xudat-Nabran avtomobil yolunun giriş hissəsində VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində Xudat şəhər sakinləri, 2003-cü il təvəllüdlü İskəndərov Fuad Murad oğlu, 2001-ci il təvəllüdlü Səfərov Rəvan Ramin oğlu, 2005-ci il təvəllüdlü Əlihəsənov Rövşən Hüseyn oğlu və 2005-cü il təvəllüdlü Musayev Vüqar Faiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.