Zaqatalada məktəbli qızlar arasında DAVA
29-03-2023, 16:12
6 915

Zaqatalada məktəbli qızlar arasında DAVA

Azərbaycanda məktəbli qızlar arasında dava olub. 
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala şəhərində qeydə alınıb. 
Rayon ərazisində yerləşən internat məktəbin qız şagirdləri arasında düşən davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 
Dava edən qızlar 8 və 9-cu siniflərin şagirdləri olub. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a açıqlamasında bildirib ki, bir neçə şagird arasında mübahisə düşüb:
“Polis əməkdaşları həmin yeniyetmələrlə profilaktiki söhbət aparıb”.

Oxşar xəbərlər