Hadisə
29-03-2023, 17:32
6 696
Bakıdan Naxçıvana gedən sərnişində heroin aşkarlandı
Bakı-Naxçıvan reysi ilə Naxçıvana gedən sərnişinin üzərində heroin aşkarlanıb.
Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə Bakı-Naxçıvan reysi ilə Naxçıvana gələn M.Vəliyevi saxlayıblar.
Axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.