Naxçıvanda ana və oğulu maşın vurdu, ölən var
1-04-2023, 12:32
8 946

Naxçıvanda ana və oğulu maşın vurdu, ölən var

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şahbuz rayon Kiçikoba kəndində qeydə alınıb.
Belə ki, Şahbuz rayon Külüs kənd sakini Sadiq Şıxəliyev idarə etdiyi avtomobillə işə gedən 48 yaşlı Nəcəfova Mərcan Bağır qızını və onun oğlu 20 yaşlı Nəcəfov Anar Qəmbər oğlunu vurub. Qəza nəticəsində M.Nəcəfova ölüb.
A.Nəcəfov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanomasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər