Ağdam sakini Bakıda tutuldu
4-04-2023, 11:17
830

Ağdam sakini Bakıda tutuldu

Aprelin 1-də saat 20 radələrində Binəqədi rayonu ərazisində bir qadının içərisində pulu olan cüzdanının və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Qurbanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər