Ağdaşda qadın əsəbiləşib sirkə içdi
12-04-2023, 11:54
687

Ağdaşda qadın əsəbiləşib sirkə içdi

Ağdaşda intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, 36 yaşlı Ağdaş rayon sakini G.Seyidova yaşadığı evdə sirkə içərək zəhərlənib. Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib və vəziyyəti normal olduğu üçün evə buraxılıb.
Onun əsəbiləşərək sirkə içdiyi bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər