
Hadisə
13-04-2023, 13:24
1 293
Məhkumun ölümü ilə bağlı cinayət işi başlandı
5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.