Mağazadan oğurluğa cəhd edən iki nəfər tutuldu
18-04-2023, 10:38
537

Mağazadan oğurluğa cəhd edən iki nəfər tutuldu

Bakıda mağazadan oğurluğa cəhd edilib.
DİN-dən verilən məlumata görə, aprelin 17-də saat 04.13-də Nərimanov rayonu ərazisində yerləşən, xüsusi texniki vasitələrlə qorunan mağazaların birindən Nərimanov Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən 2 nəfər saxlanılıb.
Onların Gəncə şəhər sakinləri Mixail Mirasliçenko və Ruslan Mirasliçenko olmaları məlum olub.
Hər iki şəxs araşdırma aparılması üçün Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə təhvil verilib.

Oxşar xəbərlər