Respublika Narkoloji Dispanserində 44 yaşlı kişi bıçaqlandı
19-04-2023, 10:14
1 070

Respublika Narkoloji Dispanserində 44 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserində bıçaqlanma olub.
Hadisə dispanserin mətbəx otağında qeydə alınıb.
Belə ki, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Ə.Məhərrəmovu bıçaqlayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Oxşar xəbərlər