Qaçırdığı avtomobili yandıran şəxs saxlanıldı
24-04-2023, 15:23
7 605

Qaçırdığı avtomobili yandıran şəxs saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinə aprel ayının 4-də rayon ərazisindən "UAZ" markalı yük avtomobili qaçırılması barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovməlumat verib.
Onun sözlərinə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil rayonun Çaylı kəndi ərazisində yandırılmış vəziyyətdə tapılıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakini Qüdrət Salahov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Dindirilmə zamanı Q. Salahov cinayət əməlini sərxoş halda törətməsini və peşman olduğunu bildirib.
  • Qaçırdığı avtomobili yandıran şəxs saxlanıldı
  • Qaçırdığı avtomobili yandıran şəxs saxlanıldı

Oxşar xəbərlər