Göyçayda avtomobil su kanalına aşıb
25-04-2023, 18:54
6 592

Göyçayda avtomobil su kanalına aşıb

Göyçay rayonunda avtomobil su kanalına aşıb, sürücü və sərnişinləri xilas ediliblər.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun İnçə kəndində qeydə alınıb.
Belə ki, Cəbrayıl rayon sakini 34 yaşlı Məmmədalıyev Ziya Aftandil oğlunun idarə etdiyi KIA markalı minik avtomobili su kanalına aşıb.
Hadisə zamanı sürücü və avtomobildə olan iki sərnişin ətrafdakı insanların köməyi ilə sudan çıxarılıblar.
Faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər