Hacıqabulda qadın sürücü "Nissan"ı aşırdı, azyaşlı oğlu öldü
29-04-2023, 13:20
17 625

Hacıqabulda qadın sürücü "Nissan"ı aşırdı, azyaşlı oğlu öldü

Hacıqabulda ölümlə nəticələnən qəza olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə aprelin 28-də saat 8 radələrində Hacıqabul rayonunun Muğanlı kəndi ərazisində baş verib. Kəlbəcər rayon sakini H.Məmmədova idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə sürücünün azyaşlı oğlu hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər