15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxıldı, ağır xəsarət aldı
2-05-2023, 12:36
1 705

15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxıldı, ağır xəsarət aldı

İsmayıllı rayonunda orta məktəbdə bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 12:15 radələrində rayonun Kürdmaşı kənd tam orta məktəbində qeydə alınıb. Təhsil ocağının 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü Rüstəmova Yeganə Məhəmməd qızı məktəb binasının 2-ci mərtəbəsinin pəncərəsindən yerə yıxılaraq ağır xəsarət alıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər