Sumqayıtda elektrik dirəkləri oğurlandı
3-05-2023, 13:44
1 701

Sumqayıtda elektrik dirəkləri oğurlandı

Sumqayıtda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 2-də H.Z.Tağıyev qəsəbəsinin ərazisindən “Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nə məxsus dirəklərin oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rusif Rzayev saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər