Qaxda evlərdən külli miqdarda oğurluq edən tutuldu
3-05-2023, 13:55
7 745

Qaxda evlərdən külli miqdarda oğurluq edən tutuldu

Qaxda evlər qarət olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlanıb.
Qax rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.
Araşdırmalarla onun Qaxbaş kəndində daha bir evdən 5700 manat dəyərində noutbuk, planşet, mobil telefon, gümüş, bijuteriya əşyaları, mirvari boyunbağı və bilərzik oğurlaması da müəyyən olunub.

Oxşar xəbərlər