Kürdəmirdə mikroavtobus "KamAZ"a çırpıldı - ÖLƏNLƏR VƏ YARALILAR VAR
3-05-2023, 15:12
7 415

Kürdəmirdə mikroavtobus "KamAZ"a çırpıldı - ÖLƏNLƏR VƏ YARALILAR VAR

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər