Türkiyə kəşfiyyatı Azərbaycanda İŞİD-in izlərini ifşa etdi
5-05-2023, 18:42
13 811

Türkiyə kəşfiyyatı Azərbaycanda İŞİD-in izlərini ifşa etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi  Azərbaycanda təşkilatlanmağa çalışan İŞİD terror təşkilatının yeni strukturunu ifşa edib.
Bu barədə Türkiyənin "Anadolu" dövlət informasiya agentliyi məlumat yayıb.
Diyarbakır prokurorluğu və şəhər polisinin birgə əməliyyatı zamanı Türkiyədə yeni İŞİD qruplaşmasının formalaşması aşkar edilib. Müəyyən edilib ki, o, Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan və Əlcəzairdə də fəaliyyət göstərir.
"Cihad" adlı bölmə hətta Gürcüstanda təlimlər keçirib, onların üzvləri isə silahlı münaqişə bölgələrinə göndərilib.
Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatlar zamanı mayın 5-də Ankara və Diyarbakırda 96 nəfər saxlanılıb. 

Oxşar xəbərlər