Bakıda kişi bıçaqlandı
9-05-2023, 10:24
1 703

Bakıda kişi bıçaqlandı

Bakıda kişi bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, 09.05.2023-cü il tarixdə, saat 01:00 radələrində 1991-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, tanımadığı şəxs tərəfindən, naməlum səbəbdən, döş qəfəsinin sol yarısından daxilə nüfuz edən, 1 bıçaq xəsarəti alıb. Yaralı aldığı xəsarətlərdən müalicə olunması üçün Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hadisəni törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilib saxlanılması istəqamətində hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsinə əsasən cinayət işi başlanaraq istintaq aparılır.

Oxşar xəbərlər