Bakıda kuryerin velosipedi oğurlandı
10-05-2023, 14:17
854

Bakıda kuryerin velosipedi oğurlandı

Paytaxt ərazisində kuryer işləyən şəxsin velosipedi oğurlanıb. 
Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, hadisə mayın 9-da Fətəli xan Xoyski 98a küçəsində qeydə alınıb.
Şikayətçinin sözlərinə görə, oğurluqla bağlı 18-ci Polis Bölməsinə məlumat verilib.
Hadisə anı binanın təhlükəsizlik kameralarına düşüb. Videoda orta yaşlı kişinin velosipedi oğurlaması aydın görünür.

Oxşar xəbərlər