Bakıda kişini döyüb qarət etdilər
11-05-2023, 12:48
1 016

Bakıda kişini döyüb qarət etdilər

Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayonu ərazisində T.Misriyev döyülüb, 70 manat pulu və mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş C.Salehov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər