108 milyon manata yaxın narkotik maddə dövriyyədən çıxarıldı
12-05-2023, 17:42
6 679

108 milyon manata yaxın narkotik maddə dövriyyədən çıxarıldı

2023-cü ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 112 kq 209,614 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 107 milyon 846 min AZN kimi qiymətləndirilir.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-aprel aylarının yekununa dair məlumatında qeyd olunub.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2557 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 42 nəfəri xarici ölkə vətəndaşıdır.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 99 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 451 kq 605,358 qr və 19838 ədəd həb metadon narkotik vasitələr və 2321 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Oxşar xəbərlər