Göyçayda "BMW" "VAZ"la toqquşdu - 5 nəfər yaralandı
16-05-2023, 14:36
1 027

Göyçayda "BMW" "VAZ"la toqquşdu - 5 nəfər yaralandı

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. 22-BF-428 dövlət nömrə nişanlı "VAZ 2106" və 99-HU-084 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
  • Göyçayda "BMW" "VAZ"la toqquşdu - 5 nəfər yaralandı (FOTOLAR)
  • Göyçayda "BMW" "VAZ"la toqquşdu - 5 nəfər yaralandı (FOTOLAR)

Oxşar xəbərlər